Naxçıvanda avtomobil piyadanı vurub

Naxçıvanda avtomobil piyadanı vurub
SOSİAL
18:13 18.10.2026
174
Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand” markalı avtomobil 1994-cü il təvəllüdlü Rəsul Rasim oğlu Zeynalzadəni vurub.

Xəsarət alan 32 yaşlı piyada Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR