"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi
İDMAN
18:49 09.11.2026
90
"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib.

Bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb.

1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"a transfer olunan Prekazi İstanbul təmsilçisinin heyətində altı mövsüm çıxış edib. O, bu müddət ərzində iki dəfə Türkiyə çempionu olub, bir dəfə Türkiyə Kubokunu, üç dəfə isə Türkiyə Superkubokunu qazanıb.

Türkiyə vətəndaşlığını qəbul etdikdən sonra Cevat Prekazi adını alan keçmiş futbolçu "Qalatasaray"ın avrokuboklardakı tarixi uğurlarında mühüm rol oynayıb.

Cevat Prekazi Türkiyədə "Qalatasaray"dan başqa "Altay" və "Bakırköyspor" klublarının da formasını geyinib.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR