Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə qəza olub, xəsarət alanlar var
SOSİAL
00:14 11.11.2026
62
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Toyota” markalı avtomobillə digər avtomobil toqquşub.

Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-cu il təvəllüdlü A. Hüseynova, 2018-ci il təvəllüdlü A. Əsədullayeva, 2020-ci il təvəllüdlü C. Əsədullayeva, 2024-cü il təvəllüdlü A. Əsədullayeva və 1996-cı il təvəllüdlü E. Hümbətov xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
 
///apa.az
OXŞAR XƏBƏRLƏR