Tehrandan Qətər görüşü ilə bağlı təkzib: "Yalandır, heç bir danışıq aparmırıq"

Tehrandan Qətər görüşü ilə bağlı təkzib: "Yalandır, heç bir danışıq aparmırıq"
DÜNYA
23:23 10.11.2026
56
"İran ABŞ ilə heç bir danışıq aparmır. Qətərdə görüş keçirilməsi barədə bəyanatlar yalandır".

Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai "Al Mayadeen" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ-nin İranla danışıqların davam etdirilməsi barədə bəyanatları iqtisadi təzyiqi azaltmağa və neftin qiymətini aşağı salmağa yönəlib.

Rezai qeyd edib ki, Tehran yeddi şərt irəli sürüb və ABŞ-nin ilkin cavabını qeyri-kafi hesab edib. İran tərəfi Vaşinqtondan həmin şərtlərə aydın və dəqiq cavab verməsini istəyib.

"Biz amerikalılardan şərtlərimizə aydın və dəqiq cavab vermələrini xahiş etdik, lakin onlar hələ də bunu etməyiblər. Ola bilsin ki, bu cavabı gələcəkdə verəcəklər", - deyə Rezai bildirib.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR