16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadək Balakən rayonu Katex və Beretbinə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.









































