Kanadanın Monreal şəhərində tələbələrin yaşayış xərclərinin artmasına və təhsilin kifayət qədər maliyyələşdirilməməsinə etiraz olaraq keçirdikləri kütləvi aksiya polislə qarşıdurmaya çevrilib.
Bu barədə "La Presse Canadienne" agentliyi şəhər polisinə istinadən məlumat yayıb.
Aksiya zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Üç nəfər saxlanılıb, bir sıra tikililərə və avtomobillərə ziyan dəyib.
Etirazçılar tələbə kreditləri və təqaüd sistemində islahatların aparılmasını, kollec və universitetlərin maliyyələşdirilməsinin artırılmasını, tədris binalarının yenilənməsini, eləcə də münasib qiymətə yataqxanaların yaradılmasını tələb edirlər.
///oxu.az











































