Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
DÜNYA
23:44 14.11.2026
46
Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətində qeyd olunub.

Onun sözlərinə görə, Paris Kiyevə maliyyə və hərbi yardımı davam etdirmək, eləcə də Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanmasında iştirak etmək niyyətindədir.

"Ukraynaya özünü müdafiə etməyə kömək etmək Fransa və fransızları müdafiə etmək deməkdir. Əgər Rusiya öz iradəsini güc yolu ilə bir Avropa ölkəsinə qəbul etdirərsə, bütün Avropa zəifləyəcək", - o vurğulayıb.

Fransa liderinin sözlərinə görə, o, Moskvanın danışıqlarda maraqlı olduğunu görmür, Rusiyanın Ukraynanın mülki infrastrukturuna endirdiyi zərbələr isə Ukraynanı qış mövsümündə işıqsız qoymağa və bununla da Moskvanın şərtlərini qəbul etməyə məcbur etməyə yönəlib. Bu kontekstdə Kiyevə hərbi və enerji yardımının davam etdirilməsinin vacibliyi qabardılıb:

"Ukraynanın resurslarını məhdudlaşdırmaq istəyənlər, əslində, onu ədalətsiz sülhü qəbul etməyə məcbur etməyə, onu, bununla birlikdə isə bütün Avropanı uzun müddətə həssas vəziyyətə salmağa çalışırlar. Bu, məğlubiyyət ruhudur. Bu, növbəti müharibə üçün reseptdir. Fransa belə bir mövqeni bölüşə bilməz".

Fransa Prezidenti ədalətli və davamlı sülhə nail olmağı ikinci prioritet adlandırıb. O vurğulayıb ki, Avropa bu prosesdə tamhüquqlu rol oynamalıdır, çünki bütün qitənin təhlükəsizliyi onun nəticələrindən asılıdır.

Makron həmçinin bildirib ki, Fransanın təşəbbüsü ilə Dublində keçirilən Avropa Siyasi Birliyinin sammitində 42 ölkə Avropa təhlükəsizlik prinsiplərinə dair bəyannaməni təsdiqləyib. Bundan əlavə, o, Ukraynaya təhlükəsizlik zəmanətləri hazırlamaq üçün yaradılmış "İstəklililər koalisiyası"nın işini xatırladıb.

Onun sözlərinə görə, müvafiq plan Ukrayna ordusuna dəstəyi və atəşkəsdən sonra ölkədə yerləşdirilə biləcək çoxmillətli qüvvələrin hazırlanmasını nəzərdə tutur. Hazırda təlimlər Polşada keçirilir, koalisiya iştirakçılarının növbəti görüşü isə Berlində planlaşdırılır.

"Avropada ən böyük fəaliyyətdə olan orduya malik olan Ukrayna NATO-da aparıcı rol oynamalıdır", - Makron yazıb.

O vurğulayıb ki, Parisin son məqsədi Ukraynada davamlı sülhü təmin etmək və Avropanın ümumi təhlükəsizlik sistemini möhkəmləndirməkdir.

Qeyd edək ki, bu bəyanat Fransada kütləvi etiraz aksiyaları fonunda verilib. Həmin aksiyalarda bir sıra nümayişçilər hakimiyyəti Ukraynaya hərbi dəstəkdən imtina etməyə və bu vəsaitləri daxili problemlərin həllinə yönəltməyə çağırıblar. Son məlumatlara görə, 106 min nümayişçinin toplaşdığı şənbə etiraz aksiyalarında 121 nəfər saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əyləncə parkında sistemin nasazlığı səbəbindən 15 nəfər xlordan zəhərlənib
23:51 14.11.2026
Əyləncə parkında sistemin nasazlığı səbəbindən 15 nəfər xlordan zəhərlənib
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
23:44 14.11.2026
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb
23:34 14.11.2026
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb
Bloomberg: ABŞ Avropadan 25 min deyil, 5 min hərbçisini çıxara bilər
23:24 14.11.2026
Bloomberg: ABŞ Avropadan 25 min deyil, 5 min hərbçisini çıxara bilər
Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb
23:14 14.11.2026
Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü: Şübhəli saxlanıldı
23:10 14.11.2026
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü: Şübhəli saxlanıldı
Netanyahu İranın nüvə proqramı üzərində işləri bərpa etdiyini bəyan edib
22:57 14.11.2026
Netanyahu İranın nüvə proqramı üzərində işləri bərpa etdiyini bəyan edib
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
22:46 14.11.2026
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
Zelenski: Bu ölkə Ukraynaya 645 milyon avroluq yardım ayıracaq
22:36 14.11.2026
Zelenski: Bu ölkə Ukraynaya 645 milyon avroluq yardım ayıracaq
Tramp Kaliforniyada ölüm hökmlərinin ləğvini ədalət sistemi üçün fəlakət adlandırıb
22:24 14.11.2026
Tramp Kaliforniyada ölüm hökmlərinin ləğvini ədalət sistemi üçün fəlakət adlandırıb
İranda avtobus aşıb, öləm və  yaralananlar var
22:13 14.11.2026
İranda avtobus aşıb, öləm və yaralananlar var
ABŞ-da bütün hava limanlarında uçuşların dayanmasının səbəbi açıqlanıb
22:04 14.11.2026
ABŞ-da bütün hava limanlarında uçuşların dayanmasının səbəbi açıqlanıb
Azərbaycan Basketbol Liqasının VII turunda "Sabah" "Neftçi"yə qalib gəlib
21:55 14.11.2026
Azərbaycan Basketbol Liqasının VII turunda "Sabah" "Neftçi"yə qalib gəlib
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
21:47 14.11.2026
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
İslam dövlətləri İsrailin Qəzzadakı xəstəxanaya hücumunu pisləyib
21:40 14.11.2026
İslam dövlətləri İsrailin Qəzzadakı xəstəxanaya hücumunu pisləyib
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü
21:32 14.11.2026
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü