İslam dövlətləri İsrailin Qəzzadakı xəstəxanaya hücumunu pisləyib

İslam dövlətləri İsrailin Qəzzadakı xəstəxanaya hücumunu pisləyib
DÜNYA
21:40 14.11.2026
38
Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, Türkiyə və Pakistan da daxil olmaqla, 18 İslam ölkəsinin xarici işlər nazirləri İsrailin Xan-Yunisdəki "Nasir" tibb kompleksinə endirdiyi aviazərbəni pisləyiblər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə onların birgə bəyanatında deyilir.

"Al Jazeera" məlumatına görə, zərbə nəticəsində ən azı altı fələstinli, o cümlədən bir cərrah və bir uşaq həlak olub.

Birgə bəyanatda nazirlər bu addımı beynəlxalq humanitar hüququn pozulması adlandırıb, həmçinin İsrailin fələstinli qaçqın düşərgələrinə qarşı davam edən hücumlarını pisləyərək bu zərbələrin Qəzzada atəşkəs rejimini sarsıtdığı barədə xəbərdarlıq ediblər.

Nazirlər İsraili atəşkəs rejiminə riayət etməyə, humanitar yardımın maneəsiz çatdırılmasını təmin etməyə və barışıq razılaşması çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə çağırıblar. Onlar həmçinin Vaşinqtonu və Sülh Şurasını bu məsələnin həllində kömək göstərməyə çağırıblar.

Daha əvvəl Avropa İttifaqı İsraildən dağıdıcı daşqınlardan və zərbələrdən zərər çəkənlərə yardım etmək üçün humanitar təşkilatların Qəzzaya təcili girişini təmin etməyi, eləcə də Fələstin anklavına gedən bütün sərhəd-keçid məntəqələrini yenidən açmağı tələb edib.
OXŞAR XƏBƏRLƏR