Ukrayna Prezidenti Volodimir Zelenski ölkə konstitusiyasında neytral statusun təsbit edilməsinə razı olmayacağını bəyan edib.
Bu barədə Ukrayna lideri jurnalistlərlə açıqlamasında bildirib.
"Əgər neytrallıq ümumiyyətlə bizim NATO-da olmadığımızı göstərirsə, deməli, biz artıq bu statusdayıq. Bəs onda uzunmüddətli perspektivdə təhlükəsizliyimiz üçün nə işləyəcək? Neytrallığın təsbit edilməsi o deməkdir ki, siz ölkənizin konstitusiyasını dəyişdirirsiniz, Ukrayna buna getməyəcək", - deyə V.Zelenski qeyd edib.
Xatırladaq ki, oktyabrın 6-da Ali Radanın üzvü Anna Skoroxod Ukraynanın neytral statusunun konstitusiyada təsbit edilməsi üçün parlamentə qanun layihəsi təqdim edib. Hələlik qanun layihəsi qeydiyyata alınmayıb, çünki bunun üçün 150 deputatın səsi tələb olunur.
///oxu.az











































