Almaniya 2028-ci ildən etibarən ciddi büdcə böhranı ilə qarşılaşa bilər.
AZXEBER.COM xəbər verir ki, bu barədə alman iqtisadçılar xəbərdarlıq ediblər.
Welt nəşrinin yazdığına görə, 2027-ci il üçün büdcə layihəsində dövlət xərclərinin rekord həddə çatması və borc yükünün artması böhran riskini gücləndirir.
Proqnozlara əsasən, Almaniyanın dövlət xərcləri 561 milyard avroya, yeni borclanmanın həcmi isə 210 milyard avroya çatacaq.