Taliban Rusiyadan elə bir şey xahiş etdi ki…

Taliban Rusiyadan elə bir şey xahiş etdi ki…
SİYASƏT
15:08 14.11.2026
56
Taliban Rusiyadan Əfqanistanda neft emalı zavodları tikməyi xahiş edir: əvəzində isə neft emalı ilə məşğul olmağı, yəni idarəçiliyi də ruslara təklif edir. 

Əfqanıstan hakimiyyəti Rusiya şirkətlərinə digər faydalı qazıntı yataqlarının işlənilməsində də iştirak etməyi təklif edib. 

Qeyd edək ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyətinin Kabula səfəri zamanı tərəflər ümumi dəyəri 103 milyon dollar olan 15 memorandum imzalayıblar.

Təklifin əsas səbəbi

Əfqanıstanda daxili emal güclərinin kəskin çatışmazlığı müşahidə olunur. 2022-ci ilin sentyabrında tərəflər ölkəyə illik təxminən 1 milyon ton benzin, 1 milyon ton dizel yanacağı və 500 min ton mayeləşdirilmiş neft qazının (LPG) tədarükü ilə bağlı çərçivə müqaviləsi imzaladılar.
 

Lakin Əfqanıstanda hətta kiçikmiqyaslı neft emalı zavodlarının tikintisinə belə hələ başlanmayıb; görünür, Kabul idxal olunan hazır yanacaq məhsullarından asılılığı azaltmaq üçün Rusiya texnologiyasını ən əlçatan yol hesab edir.

Rusiya "Taliban" hakimiyyətini rəsmən tanıyan ilk dövlət olub və o vaxtdan bəri əlaqələrini genişləndirib; Rusiya şirkətləri artıq neft sektorunda müqavilələr imzalayıblar. 2025-ci ilin mayında "Inteco Group" neft hasilatı və emalı üzrə müqavilə bağlayıb, sentyabr ayında isə "TNG Tatarstan" şirkəti Amu Dərya hövzəsindəki neft yatağında məsləhət xidmətləri və əməliyyatların həyata keçirilməsi üçün ümumi dəyəri 13,8 milyon dollar olan iki müqavilə imzalayıb.
 
//Bizim.media
OXŞAR XƏBƏRLƏR