Messi öz butslarını Kenan Yıldıza göndərdi

Messi öz butslarını Kenan Yıldıza göndərdi
İDMAN
14:48 14.11.2026
63
Argentina millisinin ulduzu Lionel Messi İtaliyanın "Yuventus” klubunda çıxış edən türkiyəli futbolçu Kenan Yıldıza xüsusi hədiyyə göndərib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, Messi Argentina millisinin heyətində keçirdiyi son oyunda geyindiyi, özü üçün xüsusi hazırlanmış butslarını gənc futbolçuya hədiyyə edib.

Dünya çempionunun bu jesti Kenan Yıldızı sevindirib. Türkiyəli futbolçu hədiyyəyə münasibət bildirərkən "duyğusal insan olsaydım, indi ağlayardım” deyə bildirib.
OXŞAR XƏBƏRLƏR