Qaradağda evlərə qənim kəsilən şəxs saxlanıldı

Qaradağda evlərə qənim kəsilən şəxs saxlanıldı
SOSİAL
14:36 14.11.2026
14
Qaradağ rayonu ərazisində yerləşən evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə AZXEBER.COM-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Polisin keçirdiyi tədbirlərlə əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisində digər evlərdən də elektrik kabelləri oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR