Qəzaya düşən deputatın vəziyyəti açıqlandı

Qəzaya düşən deputatın vəziyyəti açıqlandı
SOSİAL
14:01 14.11.2026
61
Gecə saatlarında Naxçıvan-Ordubad magistralında baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasından APA-ya məlumat verilib.

Bildirilib ki, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov Reanimasiya şöbəsinə yerləşdirilib.
 
Naxçıvan MR Ali Məclisinin 1990-cı il təvəllüdlü deputatı Təbriz Eyvaz oğlu Zeynalovun müalicəsi isə Neyrocərrahiyə şöbəsində aparılır. Xəsarət alan hər iki şəxsin vəziyyətinin stabil, orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, "Hyundai” markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev vəfat edib.Qəzaya düşənlərin hər üçü qazidir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR