Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
AZXEBER.COM xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Lixtenşteyn yığması ilə üz-üzə gəlib.
Vaduts şəhərində keçirilən D Liqasının 2-ci qrupunun matçı Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 0:1.
Görüşün 26-cı dəqiqəsində Mahir Emreli fərqlənib.
Xatırladaq ki, Azərbaycan millisi dörd oyundan sonra 8 xalla qrupu birinci pillədə başa vurub. Litva 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla sonuncu pillədə qərarlaşıb.
Noyabrın 16-da qrupun sonuncu qarşılaşmasında Litva Lixtenşteyni qəbul edəcək.











































