V Gəncə Kitab Sərgisinin açılış mərasimi baş tutub

V Gəncə Kitab Sərgisinin açılış mərasimi baş tutub
SOSİAL
16:53 14.11.2026
38
V Gəncə Kitab Sərgisinin açılış mərasimi baş tutub.

AZXEBER.COM xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Hədəf Şirkətlər Qrupunun icraçı direktoru, Azərbaycan Nəşriyyatlar Assosiasiyası İdarə Heyətinin sədri, yazıçı, dosent Şəmil Sadiq və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov iştirak ediblər.

Kitabın, mütaliənin və mütaliə mədəniyyətinin təbliğinə xidmət edən sərgi nəşriyyatları, müəllifləri və kitabsevərləri bir araya gətirərək Gəncənin mədəni həyatına xüsusi rəng qatır. Sərgi çərçivəsində ziyarətçilər müxtəlif nəşriyyatların kitabları ilə tanış olmaq, sevdikləri müəlliflərlə görüşmək və zəngin ədəbi mühitin bir parçasına çevrilmək imkanı əldə edirlər.

Açılış mərasimi musiqi ifaları ilə də yadda qalıb. Səhnədə Royal Musa və Azərbaycan Milli Konservatoriyasının tələbəsi Fatimə Azər qızı çıxış edərək tədbir iştirakçılarına xoş anlar yaşadıblar.

Kitabın birləşdirdiyi, sözün və sənətin görüşdüyü V Gəncə Kitab Sərgisi bütün kitabsevərləri bu möhtəşəm mühitə dəvət edirik.
 





OXŞAR XƏBƏRLƏR