Bakıda 34 yaşlı qadının bıçaq xəsarətləri almasının təfərrüatı məlum olub.
Hadisə bu gün axşam saatlarında baş verib.
Bildirilib ki, 1992-ci il təvəllüdlü İlahə Xankişiyevanın əvvəllər də psixoloji problemləri olub. İlkin məlumata görə, qadın hadisə zamanı psixoloji sarsıntı keçirərək yaşadığı evdə özünə bıçaqla xəsarət yetirib.
Yaralı ailə üzvlərinin köməyi ilə xəstəxanaya çatdırılıb.
///oxu.az











































