Egey dənizində zəlzələ olub

Egey dənizində zəlzələ olub
DÜNYA
07:53 15.11.2026
60
Egey dənizində 3,8 maqnitudalı zəlzələ olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Zəlzələnin episentri Muğladan 13 km aralıda, Göyova körfəzindədir.

Yerlatı təkanların ocağı 8.29 km dərinlikdə olub.

Xatırladaq ki, dünən Mərmərə və Aralıq dənizinin Türkiyə sahillərində də zəlzələlər baş verib.
OXŞAR XƏBƏRLƏR