Erlinq Holand Gerd Müllerin 52 illik rekordunu təkrarladı

Erlinq Holand Gerd Müllerin 52 illik rekordunu təkrarladı
İDMAN
04:30 15.11.2026
61
Norveç millisinin hücumçusu Erlinq Holand Almaniya futbolunun əfsanəsi Gerd Müllerin rekordunu təkrarlayıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu nailiyyət Norveç millisinin UEFA Millətlər Liqasının V turunda Uels yığmasına qarşı keçirdiyi görüşdə qeydə alınıb.

Norveç millisinin 3:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada Holand komandasının üçüncü qoluna imza atıb.

Bu qol onun Norveç millisinin heyətində keçirdiyi 60 oyunda vurduğu 66-cı qol olub.

Qeyd edək ki, Holand 1974-cü ildə bu göstəriciyə nail olan Gerd Müllerdən sonra son 52 ildə eyni uğuru təkrarlayan ilk avropalı futbolçu olub.
OXŞAR XƏBƏRLƏR