Rusiyanın mümkün təhdidlərinin qarşısını almaq üçün Arktikadakı hərbi bazalarına zərbələr endirməyə hazır olmalıyıq.
Bu açıqlama ilə Böyük Britaniyanın keçmiş baş naziri Rişi Sunak çıxış edib.
O bildirib ki, Rusiya hərbi dəniz donanmasının Böyük Britaniya sahillərində fəallığı 41 faiz artıb:
"Biz Rusiyaya göstərməliyik ki, münaqişə başlayarsa, onun bazalarını təhlükə altına ata bilərik".
Sunak sualtı müşahidəni gücləndirməyi, Avropadakı müttəfiqlərlə birgə əməliyyatları genişləndirməyi və Britaniya xüsusi təyinatlı qüvvələrini Arktikada fəaliyyət göstərməyə hazırlamağı təklif edib.
///axar.az










































