Türkiyənin Zonquldaq vilayətində iki nəfər məktəbin həyətində Atatürkün büstünü oğurlayıblar.
AZXEBER.COM Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, şübhəlilər büstü metal qəbulu məntəqəsinə təhvil vermək istəyiblər, lakin rədd cavabı alıblar. Bundan sonra büstü meşəlik əraziyə tullayıblar.
Polis hər iki şəxsi saxlayıb.











































