2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq

2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq
SOSİAL
16:34 07.07.2026
480
2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması həyata keçiriləcək.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin fərmanında qeyd olunub.

Fərmana əsasən, Azərbaycan Respublikasında 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək.

Fərmana əsasən, əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilib.
OXŞAR XƏBƏRLƏR