21 günlük həyat yoldaşını balkondan atdı

21 günlük həyat yoldaşını balkondan atdı
DÜNYA
10:37 30.06.2025
227
Adanada 21 gün əvvəl toy edən Dilek G.(31) ilə həyat yoldaşı Çağlar G. (36) arasında mübahisə düşüb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadın əri tərəfindən yaşayış binasının 6-cı mərtəbəsindəki evinin eyvanından yerə atılıb.
 
Qadın beldən aşağı iflic olduğu üçün yeriyə bilmir.

Birinci mərtəbədəki iş yerinin eyvanına çırpılaraq beton döşəməyə düşən Dilek G. sağlamlıq qrupları tərəfindən Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Xəstəxanada müalicə olunduqdan sonra iyunun 4-də evə buraxılan qadın beldən aşağı iflic olub.

Polis qrupları tərəfindən saxlanılan Çağlar G. hakim tərəfindən həbs edilib.

Aysel
OXŞAR XƏBƏRLƏR