AZXEBER.COM xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Yaxınları və qonşuları gəncin qəfil ölümündən sarsıldıqlarını bildiriblər.
"İslam çox mehriban, qayğıkeş və zəhmətkeş bir gənc idi. Atası dünyasını dəyişmişdi, anası isə çox zəhmətkeş qadındır. İslamın dost-tanışı çox idi, ailəsini dolandırmaq üçün çalışırdı. Onun ölümü hamımızı dərindən kədərləndirdi", - mərhumun qonşusu söyləyib.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma davam etdirilir.











































