21 yaşlı qadının yazdığı 'sms' faciəyə səbəb oldu

21 yaşlı qadının yazdığı
Bütün Xəbərlər
20:00 09.01.2012
10859
Yanvarın 4-də Abşeron rayonu Xırdalan şəhərində törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Rzayev Əmir Azər oğlu hadisəni yeznəsi, 1985-ci ildə anadan olmuş Pərviz Ağakişiyevlə birgə törədib. Məlumata görə, öldürülən şəxs 1990-cı il təvəllüdlü Bakı şəhər Səbail rayon sakini Hümbətov Kənan Oruc oğlu bir müddət əvvəl Ə.Rzayevin bacısı, P.Ağakişiyevin isə həyat yoldaşı olan 1991-ci il təvəllüdlü Ağakişiyeva Ülviyyə Azər qızına zəng edib. Ü.Ağakişiyevanın Lent.az-a verdiyi məlumata görə, tanımadığı şəxs (K.Hümbətov) bir neçə dəfə onun telefonuna zəng vurub və təsadüfən düşdüyünü, daha sonra isə ailəli, 1 uşaq anası olan qadına onun səsindən xoşu gəldiyini bildirib. Məsələ ilə bağlı Ü.Ağakiyevanın həyat yoldaşı olan Pərviz xəbər tutub və o, K.Hümbətova xəbərdarlıq edib. Lakin gənc oğlan müxtəlif yollarla gizli və açıq nömrələrdən zəng vurmağa davam edib. Bunu görən P.Ağakişiyev həyat yoldaşından xəbərsiz başqa bir nömrə ilə K.Hümbətova mesaj yazıb və onunla həyat yoldaşının adından yazışmağa başlayıb. Nəhayət, yeni ilin ilk günlərində P.Ağakişiyev həyat yoldaşının adından K.Hümbətova yenidən sms yazıb. O mesajda bildirib ki, “əri” onu döyüb, incidir və yanvarın 4-də uşağı Xırdalandakı uşaq poliklinikasında peyvənd etdirməyə aparacaq. Beləliklə də, həyat yoldaşının adından mesaj yazan Pərvizlə Kənan görüş təyin ediblər. Daha sonra isə P.Ağakişiyev 18 yaşlı qaynı Ə.Rzayevlə əlaqə saxlayıb və onu təcili olaraq yaşadığı evə çağırıb. Ü.Ağakişiyevanın bildirdiyinə görə, burada Pərviz qaynına “bacısının” yazdığı mesajı göstərib və “onların uşaq xəstəxanasının qarşısında görüşəcəklərini” bildirib. Daha sonra 26 yaşlı yeznə və 18 yaşlı qayın təyin olunmuş yerə gediblər. Burada isə Ə.Rzayev K.Hümbətovu bıçaqla vuraraq, qətlə yetirib. Hadisə ilə bağlı Abşeron rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, yanvarın 4-də Uşaq Poliklinikasının yaxınlığında, “Günay” restoranının qarşısında 1993-cü il təvəllüdlü Rzayev Əmir Azər oğlu 1990-cı ildə anadan olmuş Hümbətov Kənan Oruc oğluna bıçaqla ağır xəsarətlər yetirib. 21 yaşlı K.Hümətovun həyatını xilas etmək mümkün olmayıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən Ə.Rzayev və P.Ağakişiyev tutulub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
15:52 26.07.2025
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
15:41 26.07.2025
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
15:19 26.07.2025
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
Şuşada yanğın zamanı mina partlayışları oldu
15:16 26.07.2025
Şuşada yanğın zamanı mina partlayışları oldu
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
15:05 26.07.2025
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
14:45 26.07.2025
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
14:33 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
14:15 26.07.2025
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
14:14 26.07.2025
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
14:04 26.07.2025
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
13:58 26.07.2025
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
AFFA-nın mətbuat katibi dəyişdi
13:56 26.07.2025
AFFA-nın mətbuat katibi dəyişdi
"Bir də Bodruma getməyəcəyəm"
13:47 26.07.2025
"Bir də Bodruma getməyəcəyəm"
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
13:44 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
13:38 26.07.2025
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
13:33 26.07.2025
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"