AZXEBER.COM portalının “Yeni Akit” qəzetinə istinadən verdiyi xəbərə görə, PKK lideri Abdullah Öcalanla Erməni keşişin şəkli bir sıra yeni sualların meydana gəlməsinə səbəb olub. Qəzetin xəbərinə görə, PKK lideri vaxtiykən keşişə yazdığı məktubda özünü xristianlığa daha yaxın hiss etdiyini və bundan sonra kilsələrin inşası üçün əlindən gələni edəcəyini söyləyib.
Qəzetin məqaləsində, Öcalan keşişə PKK-nın yeni planları haqqında da, məlumat verib. Öcalan məktubunda yazır: “Müqəddəs Ata, mən xristianlığı özümə doğma bilirəm. Sizin şəxsiyyətiniz məni daha da, mübariz edir".
Erməni mətbuatı isə, “Yeni Akit” qəzetini reket qəzet kimi qiymətləndirib. Ermənistanın “News.am” portalı bunu Türkiyənin növbəti təxribatı olduğunu qeyd edib.