1985-ci ildə Montreal-London xətti ilə hərəkət edən təyyarəyə bomba yerləşdirən terrorist, məhkəməyə göndərdiyi məktubla öldürdüyü 329 nəfərin ailəsindən üzr istəyib. Bu haqda məlumatı Hindistan mətbuatı yayıb.
Tarixin ən qanlı terror hadisələrindən birini həyata keçirən İnderjit Singh Reyat adlı terrorist, məhkəməyə göndərdiyi məktubda “Öldürdüyüm 329 nəfərin ailəsindən üzr istəyirəm” sözlərini söyləyib.
Xatırladaq ki, 1985-ci i 23 iyun tarixində baş verən tarixin ən qanlı terror aktı nəticəsində, 82 uşaq olmaqla 329 nəfər həlak olmuşdu. Atlantik Okeanı üzərində partlayan təyyarədən 131 nəfərin cəsədi tapılsa da, geri qalanların cəsədlərini sudan çıxartmaq mümkün olmamışdı.