İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən “Alternativ inflyasiya səviyyəsinin hesablanması və modellərin işlənilməsi” layihəsi çərçivəsində Azərbaycanın 22 regionunda 2010-cu ilin dekabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edib. Mərkəzin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aparılmış statistik müşahidələrin nəticəsi göstərir ki, ay ərzində Azərbaycanda istehlak qiymətləri 2,09 faiz artıb. Bu zaman Bakıda qiymətlər 2,83 faiz, regionlarda isə 1,36 faiz artıb. Ötən ilin on iki ayında ölkədə 11,45 faiz inflyasiya baş verib.
Bu dövrdə qiymət və tariflərin məcmu və qruplar üzrə indeksləri aşağıdakı kimi dəyişib:
Cəmi ərzaq malları və xidmətlər (İnflasiya) + 2,09 +11,45 + 6,82
Ərzaq malları, içkilər və tütün +3,49 +20,25 +10,01
Qeyri-ərzaq malları +0, 58 + 2,01 +0,12
Xidmətlər +0,29 +1,20 + 7,05
2010-cu ilin noyabr ayıına nisbətdə dekabr ayında paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsi aşağıdakı kimi olub:
Bakı şəhəri +2,83 +4,71 + 0,93 +0,28
Regionlar +1,36 +2,30 +0,23 +0,29
Dekabr ayı ərzində ən çox bahalaşma ərzaq məhsulları üzrə istilik xiyarı (87,38 faiz), istilik pomidoru (35,51 faiz), ərik qurusu (31,68 faiz), yerkökü (23,33 faiz) və lumuda (12,08 faiz), ən çox ucuzlaşma yenə də ərzaq məhsullarından qarabaşaq yarması (16,50 faiz), buğda unu (6,27 faiz), qeyri-ərzaq məhsullarından isə laminat parketdə (9,09 faiz) qeydə alınıb. //Ans Press