APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, sənədə əsasən, himn kütləvi yerlərdə ifa olunan zaman vətəndaşlar üçün yeni tələblər irəli sürülüb. Belə ki, vətəndaşlardan sağ əllərini sinələrinə - ürəklərinin üzərinə qoymaları tələb olunur. Hərbiçilər isə himn ifa olunan zaman hərbi salam verəcəklər.
Qeyd edək ki, Özbəkistanın “Günəşli azad ölkə” adlanan dövlət himni 1947-ci ildə yazılıb. Himnin sözləri Abdulla Aripovun, musiqisi isə Mütəllim Burxanovundur.