22 yaşlı qız Mir Mövsüm Ağa ziyarətgahında özünü öldürmək istədi
Bütün Xəbərlər
13:21 20.11.2012
2051
Bu gün səhər saatlarında Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində, Mir Mövsüm Ağa ziyarətgahında 22 yaşlı qız intihara cəhd edib.
Rayon Polis İdarəsindən verilən məlumata görə, 1990-cı il təvəllüdlü Nigar Dadaşova özünü öldürmək istəyib. O, bir neçə qutu dərman içərək ziyarətgahın girişində yerə uzanıb. Qızı huşsuz vəziyyətdə tapıblar. Nigar Dadaşova xəstəxanaya yerləşdirilib.
Respublika Toksikologiya Mərkəzindən bildiriblər ki, Mir Mövsüm Ağa ziyarətgahında intihara cəhd göstərən qızın vəziyyəti stabildir.
İntihara cəhd edən Nigar Dadaşovanın vəziyyəti indi stabildir. Xəstəni müalicə edən Aygün həkimin sözlərinə görə, qız xəstəxanaya ağır vəziyyətdə daxil olub. Ona dərman zəhərlənməsi diaqnoqu qoyulub. İndi isə onun həyatı üçün heç bir təhlükə yoxdur.