22 yaşlı qız sevgilisinə SMS yazıb özünü asdı

22 yaşlı qız sevgilisinə SMS yazıb özünü asdı
Bütün Xəbərlər
14:42 01.05.2014
4566
Xaçmaz rayonunda intihar hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Xaçmaz şəhər sakini Ələkbərova Firuzə Fərhad qızı yaşadığı Xaçmaz şəhəri, 
Müşkür küçəsində yerləşən evdə özünü asıb. Anası qızının uzun müddət ortalıqda görünmədiyindən narahat olub və məlum hadisənin şahidi olub.
Məlumdur ki, Ələkbərova intihardan qabaq sevgilisinə “Sən mənim anamı ağlamağa məcbur etdin” mətnli sms yollayıb.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR