Binəqədi rayon polis idarəsinin əməkdaşları üzərində narkotik vasitə gəzdirən 22 yaşlı Qəmbərov Səyyad Oruc oğlunu saxlayıb. Cəlilabad rayon sakini olan Səyyaddın üzərindən 3 kiloqramdan artıq miqdarda narkotik vasitə olan tiryək və heroin aşkar edilərək götürülüb. İstintaqa verdiyi ifadəsi zamanı Səyyad tiryəki təsadüf nəticəsində tanış olduğu, adını belə bilmədiyi tanımadığı adamdan aldığını bildirib.Qeyd edək ki, Səyyad Qəmbərov əvvəllər bir dəfə oğurluq etdiyinə görə məhkumluq həyatı yaşayıb. Təxminən bir neçə ay əvvəl azadlığa buraxılan Qəmbərov özünün də dediyi kimi nəticəsinin həbsxana olacağını bilə-bilə yenidən cinayətlə pul qazanmaq eşqinə düşüb.