22 yaşlı sosial media fenomeni öldürüldü

22 yaşlı sosial media fenomeni öldürüldü
DÜNYA
12:00 20.05.2025
278
Kolumbiyada 22 yaşlı sosial media fenomeni Maria Jose Estupinan Sanchez evinin qarşısında özünü kuryer kimi təqdim edən şəxs tərəfindən öldürülüb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hadisə Venesuela sərhədinə yaxın olan Kukuta şəhərinin La Riviera məhəlləsində baş verib. Gənc qadın evindən çölə çıxanda özünü kuryer kimi təqdim edən kişi ona yaxınlaşaraq yaxın məsafədən atəş açıb.

Təhlükəsizlik kameralarına əks olunan görüntülərdə təcavüzkarın qara papaq, pencək və bel çantası ilə sürətlə hadisə yerindən qaçdığı görünür. Üzündən güllə yarası alan gənc qızı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxsin axtarışları istiqamətində işlər davam etdirilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR