Üsamə bin Ladenin özü yoxdur, səsi var (AUDİO)

Üsamə bin Ladenin özü yoxdur, səsi var (AUDİO)
Bütün Xəbərlər
11:07 19.05.2011
1796

Dünya “Əl-Qaidə” terror təşkilatının rəhbəri Üsamə ben Ladenin ölüsündən də əl çəkmirlər. Ən son məlumatlara görə, terrorçunun ölümündən öncə lentə alınmış audioyazı ortaya çıxıb. 


ANS PRESS-in “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, 12 dəqiqəlik audioyazıda Ben Ladenin səsinə oxşar səs eşidilir. Bu müraciət İslam saytlarının birində yerləşdirilib. 

Müraciətdə Şimali Afrika (Misir) Məğribdə başlanan üsyandan söhbət açılır. Guya Üsamə ben Laden müraciətində deyib ki, inqilabın günəşi Məğrib üzərində parladı: “İnqilab xalqı sakitləşdirib və insanların üzündə təbəssüm yaranıb. Hesab edirəm ki, dəyişikliklər küləyi bütün müsəlman dünyasına toxunmalıdır. Gənclər bütün lazım olan hər şeyi hazırlamalıdırlar. Lakin gənclər təcrübəli və vicdanlı insanlarla məsləhətləşməmiş hər hansı bir qərar qəbul etməməlidirlər”. 

Xatırladaq ki, “Əl –Qaidə" terror qruplaşmasının lideri Üsamə Bin Laden mayın 2-də Pakistanın Abbottabad şəhərində ABŞ xüsusi təyinatlılarının keçirdiyi məxfi əməliyyat nəticəsində öldürülüb. Bu barədə məlumatı Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama da təsdiq edib. Obama deyib ki, qruplaşma liderinin cəsədi artıq onların əlindədir.

 

OXŞAR XƏBƏRLƏR