23 iyulda hava necə olacaq?

23 iyulda hava necə olacaq?
Bütün Xəbərlər
00:11 23.07.2012
2008
AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Temperatur gecə 22-25, gündüz 32-37 dərəcə isti olacaq.Bakıda gecə 22-24, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi norma daxilində - 760 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 45-55 faiz olacaq.Abşeronun çimərliklərində dəniz suyunun temperaturununSumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında yağmursuz keçəcək.Temperaturun gecə 19-24, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarındahava əsasən yağmursuz olacaq.Temperaturun gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarındayağmursuz keçəcək.Temperaturun gecə 19-24, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarındaəsasən yağmursuz olacaq.Temperaturun gecə 15-20, gündüz 28-33 dərəcə olacağı gözlənilir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağmursuz keçəcək.Temperaturun gecə 20-25, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında əsasən yağmursuz olacaq.
OXŞAR XƏBƏRLƏR