23 yaşında dünyasını dəyişən, məzarı baxımsız vəziyyətdə olan Asəf Zeynallı kimdir?

23 yaşında dünyasını dəyişən, məzarı baxımsız vəziyyətdə olan Asəf Zeynallı kimdir?
MƏDƏNİYYƏT
11:59 02.06.2020
4895
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə dahi bəstəkar Asəf Zeynallının məzarının baxımsız vəziyyətdə olduğunu əks etdirən foto yayılıb. 

 

Məsələni ilk dəfə dirijor Mustafa Mehmandarov ictimailəşdirib. O, feysbukda status yazaraq bu mənzərəni görən zaman təəssüfləndiyini bildirib: "Heç inanmazdım ki, 23 yaşında dünyasını dəyişən, yaşayıb-yaratdığı o qısa zamanda milli musiqi tariximizə bir neçə gözəl və təkrarolunmaz əsərlər bəxş edib, bir neçə ilkə imza atan görkəmli bəstəkarımız Asəf Zeynallının qəbri bu halda, bu vəziyyətdə olsun. Hələ bu azmış kimi, Musiqi Kollecindən də adını ləğv ediblər. Söz tapmaq olmur. Hamımızın günahı var! Nə yad etmişik, nə də ki, diqqət”.

 
AZXEBER.COM cəmi 23 il ömür yaşayan Asəf Zeynallının həyatını təqdim edir: 
 
Onun musiqisinə heç kəs biganə qala bilmir. Çünki bu musiqi xalq musiqisi qədər qəlbə yaxındır. Təkcə "Ölkəm” romansı Asəf Zeynallının insanlar tərəfindən sevilməsi və daim xatırlanması üçün kifayət edər. Cəmi 23 il ömür sürməsinə baxmayaraq, o, Azərbaycan musiqi xəzinəsinə dəyərli incilər bəxş edə bilib. 
Asəf Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə kasıb bağban ailəsində dünyaya göz açıb. Ailədə üçüncü övlad və sonbeşik olan Asəf atasını hələ bir yaşı olanda itirir. Ailənin bütün ağırlığı ananın üzərinə düşür. O, işdən yorğun qayıtsa da, uşaqlarını başına yığar və qarmon çalardı. Beləliklə, musiqi Asəfin həyatına və ürəyinə daxil olurdu. 

Asəfin 7 yaşı olanda anası onu Dərbənd realnı məktəbinə qoyur. O, burda uşaq xorunda oxumağa başlayır, klarnet çalmağı öyrənir. Həmin illərdə Dərbənddəki nəfəsli orkestr yay axşamlarında şəhər parkında konsert verirdi. Asəf də hərdənbir orkestrin tərkibində klarnet çalmağa dəvət edilirdi. 
Asəfin 11 yaşı olanda ailəsi Bakıya köçür. O, əvvəlcə hərbi məktəbin nəzdində nəfəsli orkestrdə truba çalmağı öyrənir, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alır. "Truba üçün pyes”ini 14 yaşında texnikumda özü ifa edir. O vaxtadək trubanı hərbi marş aləti hesab edənlər Asəfin "Rast” muğamı əsasında bəstələdiyi pyesdən vəcdə gəlirlər.

Asəf Zeynallı Azərbaycan Dövlət Konservatoriyasında professional bəstəkarlıq təhsili almış ilk bəstəkardır. O, konservatoriya oxuyarkən Üzeyir Hacıbəylinin məşğələlərini hər dəfə böyük səbirsizliklə gözləyirdi. Asəf Zeynallının yaradıcılığında dahi bəstəkarın böyük rolu olub. Üzeyir bəydən xalq musiqisinin əsaslarını öyrənən Asəf sonralar Azərbaycanın ən uzaq guşələrinə gedərək xalq mahnılarını toplayır. 

Gənc bəstəkar konservatoriyada Qərbi Avropa və rus klassik musiqisi dərnəyini yaradır. Onun məruzələri maraqla dinlənilir.
Asəf təhsil almaqla yanaşı, Türk işçi teatrında və konservatoriyanın nəzdindəki musiqi məktəbində işləyib. Qara Qarayev, Tofiq Quliyev, Cövdət Hacıyev kimi görkəmli bəstəkarlar onun şagirdləri olub.

Asəf Zeynallı Səid Rüstəmov, Əşrəf Həsənov və Fuad Əfəndiyevlə birgə "İbtidai not savadı” dərsliyini tərtib edib.

İlk milli romansların, fortepiano və skripka üçün miniatür pyeslərin, ilk simfonik nümunələrin müəllifi kimi Azərbaycan musiqi mədəniyyəti tarixinə daxil olub.  Avropa musiqisinin nəzəri əsaslarını dərindən mənimsəyən bəstəkar onları xalq musiqisi ilə sintez edərək orijinal əsərlər yaradıb.
Onun "Ölkəm”, "Sərhədçi”, "Sual”, "Çadra”, "Seyran” və digər romansları sənətsevərlərin rəğbətini qazanıb və bu gün də sevilir. Özünün "Uşaq süitası” ilə Azərbaycan uşaq musiqisinin başlanğıcını qoyub.

İstedadlı bəstəkar "Sarı gəlin”, "Səndən mənə yar olmaz”, "O qara qaşlar” və digər xalq mahnıları üzərində işləyib, çoxlu sayda xalq mahnılarını nota salıb. Onun "Lay-lay", "Günlər" pyesi, "Çahargah”, "Durna”, "Muğamsayağı” əsərləri kamera musiqisi üçün yeni üfüqlər açıb. Gənc bəstəkarın "Fraqmentlər” süitası Azərbaycan  musiqisində ilk simfonik əsərdir. "Bakı” simfoniyasının ərsəyə gəlməsinə isə vaxtsız ölüm mane olub.

Xalq mahnılarını toplamaq üçün Qarabağ ekspedisiyasında iştirak edən Asəf Zeynallı Şuşada Xan Şuşinski ilə tanış olur, onun oxuduğu "Alma almaya bənzər” mahnısını çox bəyənir. Ekspedisiyadan qayıdarkən yolda yatalaq xəstəliyinə tutulur.

Asəf Zeynallı 1932-ci il oktyabrın 27-də vəfat edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın
02:21 03.10.2026
Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın
Bu ölkədə 1 milyondan çox ailə eyvanda günəş enerjisi istehsal edir
02:08 03.10.2026
Bu ölkədə 1 milyondan çox ailə eyvanda günəş enerjisi istehsal edir
Tanınmış həkim xərçəngin səbəblərin açıqladı
01:53 03.10.2026
Tanınmış həkim xərçəngin səbəblərin açıqladı
Yaş saçla yatmayın: Bu riski artıra bilər
01:38 03.10.2026
Yaş saçla yatmayın: Bu riski artıra bilər
Ronaldunun milli komandanı tərk etməsinin daha bir səbəbi üzə çıxdı
01:18 03.10.2026
Ronaldunun milli komandanı tərk etməsinin daha bir səbəbi üzə çıxdı
ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb
01:08 03.10.2026
ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb
UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub
00:56 03.10.2026
UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub
Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək bürclər
00:46 03.10.2026
Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək bürclər
Sarkisyana gözlənilməz qərar – birini götürdülər, birini isə...
00:23 03.10.2026
Sarkisyana gözlənilməz qərar – birini götürdülər, birini isə...
Zəhərli insanı bir söz demədən yerində oturtmaq üçün 5 psixoloji üsul
00:14 03.10.2026
Zəhərli insanı bir söz demədən yerində oturtmaq üçün 5 psixoloji üsul
Suqovuşan qəsəbəsi və Talış kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür
00:08 03.10.2026
Suqovuşan qəsəbəsi və Talış kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür
10 yaşlı oğluna 1,6 milyon dollarlıq Ferrari hədiyyə etdi
00:06 03.10.2026
10 yaşlı oğluna 1,6 milyon dollarlıq Ferrari hədiyyə etdi
3 oktyabrın ulduz falı — Karyera və nüfuz məsələləri diqqət tələb edə bilər
00:02 03.10.2026
3 oktyabrın ulduz falı — Karyera və nüfuz məsələləri diqqət tələb edə bilər
Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib
23:51 02.10.2026
Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib
“Fənərbaxça”dan “Turan Tovuz” oyunu ilə bağlı - İlk paylaşım
23:37 02.10.2026
“Fənərbaxça”dan “Turan Tovuz” oyunu ilə bağlı - İlk paylaşım
Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub
23:29 02.10.2026
Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub