Teatr tarixində ilk: Tamaşalarımız Türkiyənin ən böyük sənət vəqfi tərəfindən mükafatlandırılacaq

Teatr tarixində ilk: Tamaşalarımız Türkiyənin ən böyük sənət vəqfi tərəfindən mükafatlandırılacaq
MƏDƏNİYYƏT
17:46 22.09.2026
564
Teatr tarixində ilk dəfə Türkiyənin ən qədim və nüfuzlu sənət qurumlarından biri olan Film-San Vəqfinin Teatr Mükafatları kateqoriyasına Azərbaycan tamaşaları daxil edilib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Əməkdar incəsənət xadimi, vəqfin Teatr Mükafatlarının münsiflər heyətinin üzvü, aktrisa-rejissor Məlahət Abbasova məlumat verib.

Bununla bağlı AZƏRTAC-a açıqlama verən Film-San Vəqfinin baş direktoru Kıvanç Terzioğlu Azərbaycan teatr sənəti ilə daha yaxından tanış olacaqları üçün məmnuniyyət hissi keçirdiyini bildirib: "1975-ci ildə yaradılan, sənətçilərin sosial hüquqlarını qoruyan və bu fəaliyyətini bu gün də davam etdirən 51 illik Film-San Vəqfi öz sahəsində ilk və hazırda yeganə qurumlardan biri olmaq xüsusiyyətini daşıyır. 51 il ərzində kino və serial mükafatları, çoxsaylı milli və beynəlxalq film festivalları, eləcə də teatr mükafatları təşkil edən fond bu ildən, yəni 2026–2027-ci il teatr mövsümündən etibarən qardaş ölkə Azərbaycanı da fəaliyyətinə daxil etmək qərarına gəlib. Bu təşəbbüsdə bizə dəstək olan, kömək və öncüllük edən Məlahət xanıma təşəkkür edirik”.

Film-San teatr münsiflər heyəti olaraq Azərbaycana səfər edəcəklərini bildirən Terzioğlu deyib: "Bakıya gələrək mühüm tamaşaları izləmək, onları qiymətləndirmək və Türkiyə tamaşaçısı ilə tanış etmək, Azərbaycan teatrının imkanlarını daha geniş auditoriyaya çatdırmaq əsas məqsədimizdir. Bu baxımdan qardaş ölkə Azərbaycanda, Bakıda olmaqdan böyük məmnunluq duyacağıq. Düşünürəm ki, birlikdə gözəl işlər görəcəyik. Çünki incəsənət, istər musiqi, istər teatr, istərsə də kino olsun, bütün sahələrdə insanları birləşdirən ən mühüm vasitələrdən biridir. İnanıram ki, qardaş ölkələr incəsənət vasitəsilə daha da yaxınlaşacaq və aramızda yeni bir körpü qurulacaq”.

Məlahət Abbasova isə bizə açıqlamasında 2026–2027-ci il mövsümündə Film-San Teatr Mükafatlarının münsiflər heyətinə seçilməsinin onun üçün böyük qürur mənbəyi olduğunu bildirib: "Türkiyədə yüzlərlə, minlərlə sənət adamı arasından bir azərbaycanlı sənətçi kimi bu heyətə seçilməyim həm ölkəm, həm də şəxsən mənim üçün çox əlamətdar hadisədir. Film-San 1975-ci ildə Türkiyənin tanınmış sənətçisi Hülya Koçyiğitin rəhbərliyi və bir çox sənət adamının təşəbbüsü ilə yaradılan, uzun illərdir kino və teatr sahəsində fəaliyyət göstərən mühüm qurumlardan biridir. Belə bir qurumun münsiflər heyətində yer almaq mənim üçün böyük şərəfdir. Mənim üçün olduğum hər yerdə Azərbaycanın, Azərbaycan teatrının və kinosunun da təmsil olunması vacibdir. Buna görə də Film-San Teatr Mükafatlarına Azərbaycan teatrlarının da daxil edilməsini təklif etdim. Təklifimə əsasən, Azərbaycanla bağlı xüsusi münsiflər heyətinin yaradılması, teatr tamaşalarının yerində izlənilməsi və layiq görülən əsərlərin, yaradıcı heyətlərin Türkiyədə tanıdılması və mükafatlandırılması nəzərdə tutulur. Vəqfin rəhbəri Kıvanç Terzioğlu bu təşəbbüsü müsbət qarşılayaraq məsələni fondun rəhbəri və digər münsiflər heyəti üzvləri ilə müzakirə etdi və qəbul olundu. Yəni ilk dəfə olaraq Azərbaycan teatrı da Film-San Teatr Mükafatlarında təmsil olunacaq, buna vəsilə olmaq çox qürurvericidir. 1975-ci ildən fəaliyyət göstərən bu qurumun tarixində belə bir təşəbbüsün həyata keçirilməsi mənim üçün ikiqat sevinc və qürur hissi doğurur”.

2026–2027-ci illər teatr mövsümündə Azərbaycanda seçiləcək tamaşalar və sənətçilərin may ayında Türkiyədə keçiriləcək mükafatlandırma mərasimində təltif olunacaqlarını bildirən aktrisa sözlərini belə yekunlaşdırıb: "İnanıram ki, bu təşəbbüs Azərbaycan teatrının, rejissorlarının, aktyorlarının, dramaturqlarının, bəstəkarlarının və teatr rəhbərlərinin Türkiyədə daha geniş tanıdılmasına mühüm töhfə verəcək. Bu qərarın qəbul edilməsi Azərbaycan teatrının Türkiyədə tanıdılması və iki ölkənin sənət adamları arasında əlaqələrin daha da genişlənməsi baxımından çox sevindirici hadisədir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb
05:23 07.11.2026
Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb
Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
05:13 07.11.2026
Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
Zelenski: ABŞ Ukraynaya 16 milyard dollarlıq yardımı dayandırıb
05:03 07.11.2026
Zelenski: ABŞ Ukraynaya 16 milyard dollarlıq yardımı dayandırıb
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
04:53 07.11.2026
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
Fransada şagirdləri daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var
04:43 07.11.2026
Fransada şagirdləri daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var
Tramp İranla danışıqların davam etdiyini aşıqlayıb
04:33 07.11.2026
Tramp İranla danışıqların davam etdiyini aşıqlayıb
"Reuters": Suriya husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına hərbi məsləhətçilər göndərib
04:23 07.11.2026
"Reuters": Suriya husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına hərbi məsləhətçilər göndərib
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
04:13 07.11.2026
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
04:03 07.11.2026
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
Alimlər insan beyni kimi öyrənən yeni cihaz hazırladı
03:53 07.11.2026
Alimlər insan beyni kimi öyrənən yeni cihaz hazırladı
Qışda avtomobili niyə uzun müddət yerində qızdırmaq olmaz?
03:43 07.11.2026
Qışda avtomobili niyə uzun müddət yerində qızdırmaq olmaz?
“WhatsApp”da foto və videolarla bağlı yeniliyi istifadəyə verdi
03:33 07.11.2026
“WhatsApp”da foto və videolarla bağlı yeniliyi istifadəyə verdi
İranın Qeşm adası yaxınlığında partlayış səsləri eşidilib
03:23 07.11.2026
İranın Qeşm adası yaxınlığında partlayış səsləri eşidilib
Meqan Marklın atası saxlanıldı
03:13 07.11.2026
Meqan Marklın atası saxlanıldı
Tramp və Qətər əmiri Yaxın Şərqdə gərginliyin azaldılması üzrə səyləri müzakirə ediblər
03:03 07.11.2026
Tramp və Qətər əmiri Yaxın Şərqdə gərginliyin azaldılması üzrə səyləri müzakirə ediblər
Sorğu: Ermənistan vətəndaşlarının 50 %-dən çoxu növbədənkənar parlament seçkilərinin tərəfdarıdır
02:53 07.11.2026
Sorğu: Ermənistan vətəndaşlarının 50 %-dən çoxu növbədənkənar parlament seçkilərinin tərəfdarıdır