Yayın qızmarında dənizdə sərinlənmək istəyi daha bir nəfərə həyatı bahasına başa gəlib.
Virtualaz.org-un Şirvan bürosu xəbər verir ki, Neftçala şəhər sakini, 23 yaşlı Elvin Tarıverdi oğlu Hüseyinli Neftçala rayonunun Şirvanlı qəsəbəsi yaxınlığında Xəzər dənizində çimərkən batıb. Hadisə avqustun 1-də günorta saatlarında baş veirb.
Mərhumun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.