23 yaşlı gənc iki nəfəri bıçaqladı

23 yaşlı gənc iki nəfəri bıçaqladı
Bütün Xəbərlər
18:43 23.07.2012
970

Sumqayıt sakini iki nəfəri bıçaqlayıb.

Hadisə şəhər ərazisində fəaliyyət göstərən “Namiq” kafesində qeydə alınıb. Naxçıvan sakinləri - 1978-ci il təvəllüdlü Ruhi Süleymanov və 1990-cı il təvəllüdlü Nicat Məmmədov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti ağır qiymətləndirilir.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən, Sumqayıt şəhər sakini, 23 yaşlı Samir Axundov tutulub.

Faktla bağlı araşdırma aparılır.

//APA

OXŞAR XƏBƏRLƏR