23 yaşlı oğul anasını baltaladı - ŞOK

23 yaşlı oğul anasını baltaladı - ŞOK
Bütün Xəbərlər
13:16 24.01.2012
1545
Şəki rayonunda 23 yaşlı gənc anasını balta ilə yaralayıb. Şəki şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumat görə, hadisə rayonun Turan qəsəbəsində baş verib. Belə ki, 1989-cu il təvəllüdlü İntiqam Qəhrəman oğlu Zeynallı ailə münaqişəsi zəminində anası 1956-cı il təvəllüdlü Firəngiz Orucəli qızı Zeynallının baş və ağız nahiyəsinə balta ilə xəsarət yetirib. Qadın ağır yaralı halda Şəki şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun durumunun orta-ağır olduğu bildirilir. Hadisəni törədən İntiqam Zeynallı polisə könüllü təslim olub. Araşdırmalar zamanı məlum olub ki, İntiqam Zeynallı narkotik vasitələrin aludəçisidir. Atası da Qəhrəman Zeynallı narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib. Qeyd edək ki, faktla bağlı Şəki şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR