Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə Xəzər rayonu Şağan-Mərdəkan yolunda qeydə alınıb.Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Elyar Quliyev idarə etdiyi "Daewoo-Nexia" markalı avtomobili idarəetməni itirərək maneə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.