25 yaşlı Aygünün dəhşətli qətli: Falçı ilə yazışmaları üzə çıxdı

25 yaşlı Aygünün dəhşətli qətli: Falçı ilə yazışmaları üzə çıxdı
SOSİAL
13:42 17.04.2025
758
Mingəçevir şəhərində 1999-cu il təvəllüdlü Vəliyeva Aygün Elşan qızını qətlə yetirən ərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Qətli törədən 34 yaşlı Əliyev Elçin Rafael oğludur.

AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, Elçinlə Aygün 2017-ci ildə ailə həyatı qurublar. Onların iki övladı olub. Ailə münasibətləri yaxşı olmadığı üçün Aygün bir neçə dəfə ailəsinin yanına qayıdıb. Sonra qohumların müdaxiləsi, istəyi ilə Aygün yenidən evə qayıdıb.

Ər-arvad münasibətlərinin korlanmasına, qətlin baş verməsinə səbəb Aygünün instaqram hesabında falçı ilə yazışması olub. Həmin səhifə "baxici.nur_” adlı ilə instaqramda qeydiyyatdan keçib.

Belə ki, Aygün Elçinin ona qarşı davranışlarından bezərək boşanmağı qərarlaşdırıb. Buna görə instaqramda falçıya yazaraq ondan gələcək həyatı ilə bağlı məlumat öyrənmək istəyib. Aygün hətta boşanacağı halda birlikdə yaşamaq istədiyi şəxslə bağlı da falçıdan məlumat öyrənib. Bu yazışmaları Elçin görüb və bundan sonra qətl hadisəsi baş verib.

Elçin ov bıçağı alaraq Aygünün atasının evinə gedib. Həmin vaxt evdə Aygünün anası da olub. Elçin əlində bıçaqla evə daxil olan zaman Aygünün anası qonşuları çağırmağa gedib. Qonşular gələnə qədər Elçin başqasının mənzil toxunulmazlığını pozaraq zorla evə daxil olub və çoxsaylı bıçaq zərbələri ilə Aygünü qətlə yetirib.

Elçin özünü qismən təqsirli bilib və deyib ki, Aygünü öldürməsinin səbəbi qısqanclıq olub. O, Aygünün yazışmalarını gördüyünü, bunu ailəsinin və özünün adına ləkə kimi qəbul etdiyini deyib.

Məlum olub ki, Elçin hadisədən əvvəl Aygünün tanış olduğu şəxslə də əlaqə saxlayıb. Onunla görüşmək istəsə də sonradan fikrindən daşınıb. Buna səbəb isə Aygünün həmin şəxslə könüllü danışması olub.

"Aygünün telefonuna sosial şəbəkə proqramları yüklədiyini gördüm. Birlikdə yaşadığımız müddətdə Aygünə sosial şəbəkələrdən istifadə etməyə icazə vermirdim. Həmin sosial şəbəkə hesablarına baxanda Aygünün falçı ilə yazışdığını, falçıya boşanmaq istədiyini yazdığını gördüm. Falçıdan başqa bir şəxslə münasibətinin gələcəkdə necə nəticələnəcəyini soruşurdu. Mesajları görəndən sonra pis vəziyyətə düşdüm. Təcili tibbi yardım gəlib mənə iynə vurdu. Həmin vaxt valideynlərim onu Aygünə yaxın getməyə qoymadılar. Səhər atamgil həmin mesajları Aygünün valideynlərinə göstərdilər. Aygünün valideynləri bu məsələnin şər və böhtan olduğunu dedilər. Bıçağı Aygünü qorxutmaq üçün götürmüşdüm. Amma evə girəndə Aygünün dediyi sözlər, etdiyi hərəkətlər yadıma düşdü. Özümü saxlaya bilmədim”- deyə Elçin ifadəsinə əlavə edib.

Elçin qeyd edib ki, özünü xüsusi amansızlıqla qəsdən adam öldürməkdə günahkar bilmir. Onun sözlərinə görə, Aygünü öldürən zaman anası hadisəni görməyib.

Məhkəmə araşdırması zamanı Aygünün anası da ifadə verib. Deyib ki, qızı ailə həyatı qurduqdan sonra Elçin tərəfindən dəfələrlə səbəbsiz yerə döyülüb, işgəncələrə məruz qalıb. Ana qızının ata evinə gəldiyini, bundan sonra Elçinin atasının, qohumlarının xahişi ilə geri qayıtdığını deyib. Hadisədən bir neçə gün əvvəl də Aygün atasının evində olub. Elçinin atası Aygüngilin evinə gedərək oğlunun peşman olduğunu deyib və gəlinin geri qayıtmasını istəyib. 

Aygünün anası deyib ki, Elçinin əlində bıçaq görəndə qonşuları köməyə çağırmağa gedib. Qayıdanda isə artıq Elçin Aygünü bıçaqlayıbmış.

Elçinin əlindən bıçağı qonşuların aldığı deyilsə də birinci bununla razılaşmayıb. Elçin deyib ki, bıçağın əlindən düşməsinə səbəb sümüyə dəyməsi olub.

Mərhum Aygünün instaqramda falçı ilə yazışmalarından onun Elçinlə münasibətlərinin necə olması üzə çıxıb.

Aygün falçıya yazdığı mesajlarda illərdir döyüldüyünü, işgəncələrə məruz qaldığını, əsəbdən xəstəlik tapdığını deyib. Aygün falçıya yazdığı mesajlarda uşaqlarının zorla əlindən alındığını da bildirib.

"Mən uşaqlarımı gözümdən bir saniyə kənara qoyan adam deyiləm. Çox israr etdilər atasının yanına göndərdim. İndi uşaqları qaytarmırlar. Deyirlər ki, uşaqları görmək istəyirəmsə, geri qayıtmalıyam”- deyə Aygün falçıya yazdığı mesajda qeyd edib.

Məhkəmə araşdırması zamanı Aygünün anası hazırda uşaqların Elçinin valideynlərində qalmasına etiraz etdiyini deyib. Bildirib ki, nəvələrinin qatilin ailəsi ilə birlikdə yaşaması doğru deyil.

Elçin törətdiyi əməllərə görə cəzalandırılıb. Hökmə əsasən Elçin 17 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 157.1 (mənzil toxunulmazlığı) və 228.4-cü (qanunsuz olaraq silah saxla) maddələri ilə ittiham irəli sürülmüşdü.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ankarada dəhşət: Ata hamilə qızını və onun sevgilisini öldürdü
10:12 31.10.2026
Ankarada dəhşət: Ata hamilə qızını və onun sevgilisini öldürdü
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
09:57 31.10.2026
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim"
09:49 31.10.2026
Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim"
Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
09:41 31.10.2026
Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR
09:33 31.10.2026
Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
09:28 31.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Navrotski: Polşada Konstitusiya Məhkəməsi zorla ələ keçirilib
09:26 31.10.2026
Navrotski: Polşada Konstitusiya Məhkəməsi zorla ələ keçirilib
Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək
09:16 31.10.2026
Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək
SEPAH ABŞ-nin daha bir MQM-170 dronunu ələ keçirdiyini bildirib
09:14 31.10.2026
SEPAH ABŞ-nin daha bir MQM-170 dronunu ələ keçirdiyini bildirib
Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir
09:05 31.10.2026
Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir
Timsah 14 yaşlı məktəblini parçaladı
08:56 31.10.2026
Timsah 14 yaşlı məktəblini parçaladı
Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib
08:52 31.10.2026
Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib
Polşa Dövlət Tribunalının üzvü ölkədə dövlət çevrilişi baş verdiyini bildirib
08:45 31.10.2026
Polşa Dövlət Tribunalının üzvü ölkədə dövlət çevrilişi baş verdiyini bildirib
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, yaralananlar var
08:40 31.10.2026
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, yaralananlar var
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
08:35 31.10.2026
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Polşanın Konstitusiya Məhkəməsi ətrafındakı böhrana görə iki səfir istefa veriblər
08:29 31.10.2026
Polşanın Konstitusiya Məhkəməsi ətrafındakı böhrana görə iki səfir istefa veriblər