25 yaşlı oğlan iş adamını güllələdi

25 yaşlı oğlan iş adamını güllələdi
SOSİAL
10:10 12.10.2016
1119
Abşeron rayonunda qətl törədilib.
 
Rayon prokurorluğundan verilən xəbərə görə,Qobu qəsəbəsində qəsəbə sakini, 1975-ci il təvəllüdlü Rövşən Rafiq oğlu Abbasov odlu silahla qətlə yetirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni qəsəbə sakini, 1991-ci il təvəllüdlü Tural Zakir oğlu Əlizadənin törətdiyi müəyyənləşib.
 
Şübhəli şəxs qismində saxlanılan T. Əlizadədən hadisə zamanı istifadə etdiyi "Vinçester” markalı silah götürülüb. Qətli şəxsi münaqişə zəminində törədildiyi bildirilir. Faktla bağlı cinayət içi başlanıb, araşdırma aparılır. Öldürülən şəxsin qəsəbədə iş adamı olduğu qeyd olunub.
 
///APA.az
OXŞAR XƏBƏRLƏR