25 yaşlı oğlan qayınatası, qayınanası və qaynını niyə güllələyib? - TƏFƏRRÜAT

Bütün Xəbərlər
11:19 03.06.2013
1375

Gənc “ailəsini dağıtmaq” istəyən hər kəsi güllələyəcəyini deyib

Mayın 31-də Ağcabədi rayonunda 3 nəfərin güllələnməsi ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub. Ağcabədi Rayon Polis Şöbəsindən lent.az-a verilən məlumata görə, Laçın rayon sakini olan və Gələbədin kəndi ərazisindəki fermada yaşayan 25 yaşlı Tural Allahverdiyev qayınatası Cəbrayıl Hüseynov, qayınanası Güldəstə Hüseynova və qaynı Valeh Hüseynovu ailədaxili münaqişə zəminində güllələyib. Belə ki, T. Allahverdiyev keçən il Hüseynovların qızı ilə ailə qurub. Onlar fermadakı yaşayış evində yaşayıblar. Bir müddət əvvəl isə qadın yeni doğulmuş uşağını da götürərək Qiyamaddınlı kəndinə atası evinə qayıdıb. Səbəb isə onun T. Allahverdiyevdən küsməsi olub. 25 yaşlı Tural isə bir neçə dəfə qızın atası evinə gələrək onu aparmaq istəyib. Hər dəfə qayınatası və qaynanası buna mane olub. Nəhayət T. Allahverdiyev ov tüfəngini götürərək onlara gəlib və onun “ailəsini dağıtmaq” istəyən hər kəsi güllələyəcəyini deyib. Məlum hadisə də burada baş verib. Hadisə vaxtı gənc oğlan qayınatası, qaynanası və qaynını güllələsə də, onların xəsarətləri ölümcül olmayıb. Hər üç şəxs xəstəxanaya yerləşdirilib. T. Allahverdiyev isə tutulub. Faktla əlaqədar araşdırmalar davam etdirilir. (ANSPRESS)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025