250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
SOSİAL
15:24 01.10.2025
319

İstanbulda 11 nəfərə qarşı dələduzluq iddiası ilə məhkəməyə şikayət edilib. Şübhəlilər arasında Azərbaycan əsilli Cavid İ. başlıca ad kimi göstərilir. İttihama görə, dələduzluq nəticəsində zərərin miqdarı 250 milyon lirəyə çatıb.

Qaynarinfo "Halk TV"yə istinadən xəbər verir ki, məlumatlara əsasən, Cavid İ. "Zorlu Center"dəki mənzilini bir günün içində boşaldaraq Dubaya qaçıb. Onun İstanbulda fəaliyyət göstərən bir hakimin istifadəsinə verilmiş işıq siqnalı quraşdırılmış xidməti avtomobildən də istifadə etdiyi müəyyən edilib.


İstanbul Baş Prokurorluğuna iş adamları İ. S. və Ü. B. adından edilən müraciətdə ümumilikdə 9-u azərbaycanlı olmaqla (Cavid İbrahimov, qardaşı Rəşad İbrahimov, Rəşad Məmmədov, Azər Həsənov, Elmar İbadov, Əli Sadiqov, Nəsimi Əvəzov, Rəşad Heydərov, Elçin Hüseynov) 11 nəfərin adı keçir. Onların arasında böyük holdinq sahibinə mühafizəçilik edən Yahya E. və təqaüddə olan xüsusi təyinatlı çavuş Aşır S. də var

"Zorlu Center"də restoran və zinət əşyaları mağazaları işlədən Cavid İ. bir neçə il öncədən İstanbulda məskunlaşıb. Bu ilin əvvəlində isə iş adamı İ. S. ilə tanış olub və yaxın münasibət qurub. İttihamlara görə, o, lüks avtomobillər və bahalı saatlar alaraq etibar yaradıb, daha sonra isə ödənişləri etməyib.

Sənədlərə görə, Cavid İ. əvvəlcə 174 min və 138 min dollarlıq iki "Patek Philippe" markalı saat alıb, ödənişləri vaxtında edib. Lakin sonrakı mərhələdə yüzlərlə daha ucuz saat, eləcə də 315 min dollarlıq "Richard Mille" markalı iki saatı alıb və borclarını ödəməyib. Həmin saatlardan birini Azərbaycanda yarı qiymətə satdığı da üzə çıxıb.

Prokurorluq sənədlərində həmçinin göstərilir ki, 380 min dollarlıq "Audi A8 Long" üçün yalnız 80 min dollar, 750 min dollarlıq "Rolls-Royce" üçün isə 200 min dollar ödənib, qalan məbləğ verilməyib. Bu yolla iş adamı İ.S.-nin ümumi zərəri 5 milyon 450 min dollar olub.

Başqa bir zərərçəkmiş T. K. isə Cavid İ.-yə 800 min dollarlıq brilyant verib, lakin ödəniş ala bilməyib. Bundan əlavə, 105 min dollarlıq françayzinq haqqı da ona ödənməyib.

Cavid İ.-nin İ. S.-yə borcuna qarşılıq verdiyi 45 milyon lirəlik çek etibarsız çıxıb. O, 23 fevraldan etibarən telefon zənglərinə cavab verməyib. Bir neçə gün sonra isə qardaşı Rəşid İ. və anası səhər tezdən "Zorlu Center"dəki evi boşaldaraq binanı tərk ediblər.

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli varAraşdırmalara əsasən, Cavid İ. və yaxın ətrafındakı şəxslər Dubaya gedib. Onun əmlaklarının bir qismini ucuz qiymətə satdığı, digərlərini isə başqa şəxslərə keçirdiyi bildirilib. Prokurorluq, Cavid İ. və daha üç nəfərin Türkiyəyə giriş-çıxış qeydlərini tələb edib.

Araşdırmalar zamanı məlum olub ki, Cavid İ. kimi təqdim olunan şəxs İbrahimov Cavid Ənvər oğludur. Ellementsmagazine.com saytında onun haqqında yerləşdirilən məlumatda qeyd edilir ki, Cavid İbrahimov 12 may 1991-ci ildə dünyaya gəlib, zərgərlik, turizm, qida və kosmetika sənayesində ixtisaslaşmış azərbaycanlı sahibkardır. "RİV Holdinq"in İdarə Heyətinin sədri kimi o, bir çox sektorlar üzrə biznes əməliyyatlarının genişləndirilməsində mühüm rol oynayıb. 2016-cı ildə Türkiyəyə köçdükdən sonra aktiv şəkildə investisiyalar və biznesin inkişafı ilə məşğul olub.

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli varCavid İbrahimov 2016-cı ildə Türkiyəyə gəldikdən sonra Zorlu Ticarət Mərkəzində "Tiffany & Co."nun Türkiyə təmsilçiləri ilə əməkdaşlıq edərək biznes karyerasına başlayıb. O, daha sonra biznes portfelini genişləndirərək investisiyalarını zərgərlik sektoruna yönəldib..

Turizm sənayesində qonaqpərvərlik və səyahət xidmətləri üzrə ixtisaslaşmış "Skyfall Travel" şirkəti qurub. Bunun ardınca o, Zorlu Ticarət Mərkəzində unikal konseptual mağaza yaratmaq üçün 90 türk dizaynerini birləşdirərək "Parlak Mücevherat" altında "Collection Point" brendini istifadəyə verib. Əsasən zərgərlik, tekstil və aksesuarlardan ibarət bu mağaza sonralar Emaar Ticarət Mərkəzində ikinci filialının açılması ilə genişlənib.

Biznes fəaliyyətini daha da şaxələndirən Cavid İbrahimov Tommi Qida və Qonaqpərvərlik şirkətini təsis edib və onun vasitəsilə Zorlu Ticarət Mərkəzində "Tommi Brasserie" təsis edib. Eyni zamanda Beymen mağazalarında fəaliyyət göstərən "Collection Jewelry" ilə zərgərlik sektorundakı varlığını davam etdirib. Bundan əlavə, o, dünyada tanınan "Stephen Webster" brendinin Türkiyədə eksklüziv distribütor hüquqlarını təmin edib.

Kosmetika sənayesində artan tələbatı qəbul edən Cavid İbrahimov Ankarada "MASC Cosmetics" fabrikinin tikintisi təşəbbüsü ilə çıxış edib. 5000 kvadratmetr ərazini əhatə edən bu obyektin aylıq istehsal gücü 2 milyon ədəddir. MASC və SUURA brendlərini təqdim etməklə yanaşı, fabrik ilk növbədə əsas beynəlxalq brendlər üçün müqaviləli istehsala diqqət yetirir.

Cavid İbrahimovun ilk karyerasına başladığı şirkət olan "RİV Company" o vaxtdan strateji investisiyalar, biznes tərəfdaşlıqları və layihələrin inkişafı ilə məşğul olan "RİV Holdinq"ə çevrilib. "RİV Holdinq" təkcə Türkiyədə deyil, həmçinin London, Dubay və Cenevrədə fəaliyyət göstərir və bir çox sənaye sahələrində müxtəlif varlığını qoruyur. Bundan əlavə, şirkət "strateji investisiya, uzaqgörən liderlik" prinsipinə sadiq qalaraq korporativ sosial məsuliyyəti vurğulayır.

Cavid İbrahimov "RİV Holdinq"in beynəlxalq miqyasda genişlənməsi və biznes strategiyalarına nəzarət edən İdarə Heyətinin sədri vəzifəsini davam etdirir.

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
MEDİA “TRT”nin əməkdaşının Qəzzada həlak olması ilə bağlı başsağlığı verib
17:11 01.10.2025
MEDİA “TRT”nin əməkdaşının Qəzzada həlak olması ilə bağlı başsağlığı verib
Gürcüstanda seçkiyə 3 gün qaldı: Qonşu ölkədə nə gözlənilir?
17:08 01.10.2025
Gürcüstanda seçkiyə 3 gün qaldı: Qonşu ölkədə nə gözlənilir?
"Survivor"un iştirakçısı məşhur aktyorun anası vəfat etdi
17:02 01.10.2025
"Survivor"un iştirakçısı məşhur aktyorun anası vəfat etdi
“Qırmızı Körpü”də gömrükdən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
16:56 01.10.2025
“Qırmızı Körpü”də gömrükdən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
"İtaliya-Azərbaycan Universiteti aparıcı təhsil ocaqlarından birinə çevriləcək"
16:54 01.10.2025
"İtaliya-Azərbaycan Universiteti aparıcı təhsil ocaqlarından birinə çevriləcək"
"Muğam müsabiqəsinin iştirakçılarının hər uğurunda bizim imzamız var" - Xalq artisti
16:54 01.10.2025
"Muğam müsabiqəsinin iştirakçılarının hər uğurunda bizim imzamız var" - Xalq artisti
“Burada oxuyan tələbələrin gələcəyi İtaliya ilə bağlı olacaq”
16:53 01.10.2025
“Burada oxuyan tələbələrin gələcəyi İtaliya ilə bağlı olacaq”
Prezident: Azərbaycan, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışıb
16:40 01.10.2025
Prezident: Azərbaycan, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışıb
Sercio Mattarella: Bu universitet Azərbaycan ilə İtaliya arasında artan dostluğu əks etdirir
16:38 01.10.2025
Sercio Mattarella: Bu universitet Azərbaycan ilə İtaliya arasında artan dostluğu əks etdirir
THY İrəvana uçuşlara başlayır: Ermənistanla münasibətlər yeni mərhələyə keçir
16:20 01.10.2025
THY İrəvana uçuşlara başlayır: Ermənistanla münasibətlər yeni mərhələyə keçir
Zakir Həsənov İtaliya tərəfinə başsağlığı verib
16:16 01.10.2025
Zakir Həsənov İtaliya tərəfinə başsağlığı verib
Bir qrup tanınmış jurnalist Özbəkistan Jurnalistlər İttifaqının fəxri üzvü seçildi - FOTO - VİDEO
16:14 01.10.2025
Bir qrup tanınmış jurnalist Özbəkistan Jurnalistlər İttifaqının fəxri üzvü seçildi - FOTO - VİDEO
Ceyhun Kərəmov işdən çıxarıldı
16:01 01.10.2025
Ceyhun Kərəmov işdən çıxarıldı
Ərdoğan: Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib
15:50 01.10.2025
Ərdoğan: Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib
“Bank Respublika” “Qızıl Seçim” lotereyasına start verdi
15:44 01.10.2025
“Bank Respublika” “Qızıl Seçim” lotereyasına start verdi
Bir ekosisteminin sponsorluğu ilə “INMerge” İnnovasiya Sammiti uğurla başa çatdı
15:36 01.10.2025
Bir ekosisteminin sponsorluğu ilə “INMerge” İnnovasiya Sammiti uğurla başa çatdı