26 yaşında əməkdar artist adı alan Turan Manafzadə: “Çox xoşbəxtəm ki… - VİDEO

ÖZƏL
16:22 13.02.2024
1613
AZXEBER.COM-un müsahibi Azərbaycanın əməkdar artisti Turan Manafzadədir. 
- Turan xanım, özünüzü oxucularımıza necə ⁠təqdim edərdiniz? 
 ⁠
- Mən Azərbaycanın əməkdar artisti, pianist, dirijor, bəstəkər və yeri gəldiyində vokal ifa edən musiqiçi Turan Manafzadə. Əməkdar artist, pianist İslam Manafovun qızıyam. Bizim ailədə məndən başaq qardaşım Abuzər Manafzadə də pianist, drijor və bəstəkardır. O, hazırda Vyanada yaşayır. Anam isə piano müəllimidir. 

- Atanız məşhur sənətçidir. Sizin bu sənətə gəlməyinizə təsiri olub, yoxsa tamamilə öz seçiminizdir?

- Düşünürəm ki, hər bir valideyn öz övladlarının həyatında bəlli bir iz qoyur. Valideynlərim də sağolsunlar ki, qardaşımla mənim  bu sahəyə yönlənməmizə səbəb olublar. Valideynlər isə uşaqlarında istedadı gördükləri zaman onları mütləq bu sahəyə yönləndirməlidirlər.


- Məşhur "Türkiye100” marşının bəstəçisisiz. Bu haqda danışaq…

- İlk olaraq onu deyim ki, "Türkiye100” marşını bəstələmək mənim içimdən gəlib. Bu marş qardaş ölkəmizə ən gözəl diləklərimi, içdən gələn bütün arzularımı təmsil edən musiqi oldu. Bu marş Türkiyədə də böyük bir sevgi seli ilə qarşılandı və çox sevilən bir musiqiyə çevrildi. Onu da qeyd edim ki, "Türkiye100” indi də , bundan sonraki 100 ildə də seviləcək marş kimi tanınıb. Sevinirəm ki, bu marş həm məktəblərdə əzbərləndi, həm də Türkiyənin təmsil olunduğu hər yerdə - Xarici İşlər Nazirliyində,  səfirliklərdə, stadionlarda sevgi və çoşqu ilə səslənən bir musiqi oldu. Yeni mahnıların hazırlanmasına stimul vermiş oldu.

- ⁠Gənc yaşda əməkdar artist adına layiq görülmüsünüz. Bu necə hissdir?

- Müsəlman və Şərq dünyasında ilk dəfə operanın yazıldığı, ilk dəfə qadınlara seçmə və seçilmə haqqının verildiyi Azərbaycanımız indi də bütün dünyada qadınlara verdiyi dəyərlə bir nümunədir. Qürurla deyə bilərəm ki, mən də Cənab Ali Baş Komandan, bizim sevimli prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2017-ci ildə əməkdar artist adına layiq görüldüm. Bu zaman əvəzolunmaz hisslər keçirdim. Məni gənc yaşda bu ada layiq gördüyü üçün Prezident İlham Əliyevə təşəkkür edirəm.

- "7 gözəl” adlanan musiqi qrupu yaratmısınız, 7 türk ölkəsindən, 7 fərqli musiqiçini bir araya gətirmək necə ağlınıza gəldi?

- Günay xanım Əfəndiyeva Türk mədəniyyəti və İrsi Fondunun prezidenti olduğu zaman qrup yaratmaq fikrini irəli sürdü və biz bu qrupu yaratmaq haqda düşündük. " 7 Gözəl” mənim bədii rəhbər olduğum bir proyektdir. Bu haqda fikir pandemiyadan öncə bu layihənin ilk addımlarını, ilk sözlərini eşidəndə çox sevindim. Belə böyük məsuliyyətli bir işi, belə gözəl bir layihəni ərsəyə gətirmək mənim üçün  xoş oldu. Bu unikal və heç yerdə görülməmiş bir layihədir. Hətta eşitdiyimə görə, bizim saxta qruplarımızı yaratmağa çalışanlar da var. Təbii ki, "7 gözəl”in adının hallanması məni sevindirir.  Əgər bir layihə varsa, uzun illər qabaq yazılmış bir əsər varsa , buna bənzər layihəni təkrar etmək mənim fikrimcə etik olaraq doğru deyil. Onsuz da biz bu layihənin  yaradıcısıyıq. Bu layihə 7 ölkənin- Macarıstan, Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistanın daxil olduğu bir layihədir. Orda istifadə olunan alətləri də, həmin alətlərdə ifa edən xanımları da mən seçmişəm. Biz qrup ilə dünyanın fərqli ölkələrində konsertlər verdik. Birinci konsertimizi isə ilk dəfə Səmərqənddə birinci xanımlar üçün Türk Dövlətləri Təşkilatının Zirvəsində toplantısında verdik.

- Peşənizin hansı çətinlikləri ilə üzləşirsiniz?

- Hər bir sahənin öz çətinliyi var. İşin ən çətin ərəfəsi isə bu işin mətbəxidir. Yəni görünməyən tərəfi. Çünki adətən insanlar soruşurlar ki, dirijor əlini-qolunu yelləyir, başqa nə iş görür ki? Onu demək istəyirəm ki, əsas iş arxa plandaki məsuliyyətdir. Səhnəyə çıxanda siz özünüzü yalnız bədən dili ilə ifadə edə bilərsiniz.

- Sizcə, nəyə görə Azərbaycanda musiqiçilər konsertlərdən pul qazana bilmirlər?

- Düşünürəm ki, hər işin, hər peşənin bir qarşılığı olduğu kimi bu sənətin də bir qarşılığı var. Biz ibadət edərmiş kimi, dua edərmiş kimi hər zaman sənətimizi davam etdiririk. Burda çox böyük bir əmək var. Konserti verməzdən qabaq necə ki, təşkilati işlərə pul xərclənirsə düşünürəm ki, musiqiçilərin də haqqı layiqincə verilməlidir.
 
- Bir az da şəxsi həyatınızdan danışaq. Subaysınız, evlənməyi düşünürsünüz ?

- Əgər uyğun bir namizəd olsa sevə-sevə düşünərdim. Vəfalı, mərhəmətli, vicdanlı bir insan qarşıma çıxsa təbii ki, evlənərəm. Musiqiçilər duyğusal insan olur və bizim bizi səhnədə alqışlayacaq, işimizlə qürur duyacaq insanlara hər zaman ehtiyacımız var.

- Son olaraq nə əlavə etmək istəyirsiniz?

- Son olaraq izləyicilərimizə öz sevgimi göndərirəm. Hər zaman demişəm ki, azərbaycanlı olduğumla fəxr edirəm. Dünyaya bir daha gəlsəydim yenə Azərbaycanlı olmaq istəyərdim. Çünki Azərbaycan dünya ölkələri arasında multikulturalizmi qucaqlamış, nümunə bir ölkədir. Ölkədən kənarda olanda belə azərbaycanlı olduğumuzu bildirəndə hörmətlə qarşılanırıq. Təşəkkür edirəm dəvətiniz üçün.
 
Oksana Rəsulova
Həsən Quliyev

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər