Livanda İsrail ordusunun 586 hərbçisi yaralanıb

Livanda İsrail ordusunun 586 hərbçisi yaralanıb
DÜNYA
19:34 15.04.2026
106
Son 24 saat ərzində Livanın cənubunda İsrail ordusunun 21 hərbçisi yaralanıb.

Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Bununla da Livanda hərbi əməliyyatların başlamasından bəri yaralanan həbçilərin sayı 586 nəfərə çatıb.

Məlumata görə, yaralı hərbçilərdən 37-si ağır, 82 nəfər isə orta dərəcəli xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR