İran XİN: Livanda atəşkəs ABŞ-la danışıqlarda vacib şərtlərdən biridir

İran XİN: Livanda atəşkəs ABŞ-la danışıqlarda vacib şərtlərdən biridir
DÜNYA
19:40 15.04.2026
94
Atəşkəs sazişində Livan müharibəsinin dayandırılması da vacib şərt idi. Lakin qarşı tərəf əvvəldən öhdəliyini pozdu.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bugünkü mətbuat konfransında deyib.

O, İranın Livan və Müqavimət Cəbhəsindəki dostlarına dəstəyini dayandırması ilə bağlı sualı cavablandırarkən İranın həmişə Livanı və "Hizbullah”ı dəstəklədiyini bildirib.

"Atəşkəs sazişində Livan müharibəsinin dayandırılması da əsas şərtlərdən biri kimi irəli sürülmüşdü. Pakistan vasitəçi kimi də buna açıq şəkildə toxunmuşdu. Bu məsələ İslamabadda ciddi şəkildə izlənilib və hələ də izlənilir. Hər hansı sazişin iki tərəfi var. Bir tərəf öhdəliyini pozarsa, digər tərəf də müvafiq şəkildə öz öhdəliklərini azaltmaq hüququna malikdir. İranın digər cəbhələrə biganə olması ilə bağlı yayılan iddialar tamamilə yalandır”, - diplomat vurğulayıb.
 
APA
OXŞAR XƏBƏRLƏR