26 yaşlı üç uşaq anası Əfsanənin yaşadığı dəhşət: Əri qırmancla döyürmüş - VİDEO

SOSİAL
12:32 22.01.2020
9969
Ərinin işgəncələrindən qaçan üç uşaq anası olan 26 yaşlı Əfsanənin yaşadıqları ölkə ictimaiyyətində rezenans doğurub. Əfsanənin həyat yoldaşı Səxavət fermada çobanlıq edir. Ailə elə həmin fermada yaşayır. 10 ildir ailəli olan gənc qadın son dəfə qırmancla döyüldükdən sonra üç azyaşlı uşağını da götürüb evdən qaçıb. Bakıya üz tutaraq Xoşqədəm Hidayətqızını axtarıb tapıb, ondan kömək istəyib. Qadının əri Səxavət elə həmin günü həyat yoldaşının və uşaqlarının itkin düşməsilə bağlı polisə müraciət edib. Polis tərəfindən yeri müəyyən edilən ana və azyaşlılar sığınacağa yerləşdirilib.  

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki,  dünən "Səni axtarıram" proqramında Əfsanənin məsələsi müzakirəyə çıxarılıb.

Canını və uşaqlarını götürüb evdən qaçan qadın bu illər ərzində mütəmadi şəkildə döyüldüyünü, təhqirlərə məruz qaldığını bildirib. Qadının sözlərinə görə, dəfələrlə anasına bu barədə desə də, ana qızına "Qadının ər evindən ancaq meyiti çıxar" deyərək dözməyi məsləhət verib. 

Əfsanənin söylədikləri və xarici görünüşü hər kəsi dəhşətə gətirib. Belə ki, 16 yaşından ərə verilən və üç uşaq anası olan Əfsanınin 26 yaşında olduğuna heç kim inanmayıb. Sosial şəbəkələrdə münasibət bildirən izləyicilər ona 40-dan az yaş verməyiblər. Hətta Əfsanənin nəinki 26, 76 yaşlı qadına bənzədiyini deyənlər olub.

Həyat yoldaşı Səxavət dayısını da götürüb barışıq üçün efirə gəlib. Lakin Əfsanə qətiyyətlə barışmaq istəmədiyini deyib:
"10 ildir dözürəm. İnsan nə qədər döyülüb-söyülər? Məni qırmancla döyüb, qarnımın üstünə çıxıb tapdalayıb, bədənimdə siqaret yandırıb, uşaqları döyür. Fikirləşib qərar vermişəm, barışmaram. İşləyib uşaqlarımı saxlayacam. Guya orada işləmirdim? Gecə-gündüz işləyirdim. O da uşaqlarına aliment versin. Barışmaq fikrim yoxdur. Daha bədənimdə döyülməyə salamat yer yoxdur. Hər gün içib döyür. Bir söz deyə bilmirəm, uşaq xəstədir, deyirəm pulu az xərclə, uşağı həkimə aparaq. Bu sözümdən hirslənib döyür. Mənə deyir ki, səni öldürəcəm. Nəsimini soyan kimi dərini soyacam, balta ilə tikə-tikə doğrayıb yandıracam". 

Əfsanə 9 yaşlı qızının və 8 yaşlı oğlunun oxumaq-yazmaq bilmədiyini deyib:

"Uşaqlarımı məktəbə buraxmır. Adları məktəbdə gedir, ancaq özləri getmirlər. Nə qızım, nə də oğlum oxumaq-yazmaq bilmirlər. Uşaqlarımı oxutmaq istəyirəm".  
Barışmaq üçün efirə gələn Səxavət həyat yoldaşını qırmancla döydüyünü etiraf edib:

"O, böyük səhv edib evdən çıxıb. Hər evdə söz-söhbət olub. Mən ona 2 qırmanc vurmuşam. Çox əsəbiləşdim, ata vurulan qırmancı götürüb vurdum. Səhvimi başa düşürəm. Üç uşağım var, barışmaq istəyirəm".

Xatırladaq ki, 17 yanvarda 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxan İsayevin itkin düşməsilə bağlı məlumat yayılmışdı.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:53 13.07.2020

Yuxarı Ağcakəndə güclü leysan yağıb, təsərrüfata və əhaliyə ziyan dəyib - VİDEO

19:47 13.07.2020

ATƏT Minsk qrupu həmsədrləri: Qarabağda gərginləşməyə yol vermək olmaz

19:31 13.07.2020

XİN: “Ermənistanın törətdiyi təxribat yeni bir aqressiya, təcavüz aktıdır” - VİDEO

19:17 13.07.2020

Gürcüstan prezidenti Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydı

18:35 13.07.2020

Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ

18:27 13.07.2020

"Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir"

18:25 13.07.2020

"Azərbaycan tərəfi mülki əhalini atəşə tutmur"- Rəsmi

17:59 13.07.2020

Rəhim Qazıyev saxlanıldı və barəsində cinayət işi başlanıldı

17:50 13.07.2020

Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb

17:27 13.07.2020

Ermənilər itkilərini etiraf etməyə başladılar

17:22 13.07.2020

MTRŞ-dan telekanallara: Daha operativ davranmağı tövsiyə edirik

17:12 13.07.2020

KTMT-nin təcili iclası təxirə salındı

16:51 13.07.2020

"Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub" - Müdafiə Nazirliyi

16:47 13.07.2020

Deputat: “Azərbaycan bir daha bütün dünyaya sübut etdi ki…”

16:44 13.07.2020

Azərbaycanda koronavirusa yoluxanların sayı 24 570 nəfər çatdı

16:35 13.07.2020

Azərbaycanda daha 527 nəfərdə koronavirus aşkarlandı - 7 nəfər vəfat etdi