Tovuzda qadın dəm qazından zəhərlənərək ölüb.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində qeydə alınıb.
Belə ki, 1969-cu il təvəllüdlü Şərafət Əmrahova yaşadığı evdə dəm qazından boğulub.
Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.











































